RU
Putin təhsil və elm nazirini dəyişir
23:15
347

Putin təhsil və elm nazirini dəyişir

Rusiya prezidenti Vladimir Putin təhsil və elm naziri Dmitriy Livanovu vəzifəsindən azad edəcək.

Putin bu vəzifəyə Prezident Administrasiyasının ictimai layihələr üzrə idarəsinin rəis müavini Olqa Vasilyevanı təyin edəcək.

D. Livanov isə prezidentin Ukrayna ilə iqtisadi-ticari əlaqələr üzrə xüsusi nümayəndəsi olacaq.

Qeyd olunur ki, Vasilyevanın namizədliyini Putinə baş nazir Dmitri Medvedev Belbek aeroportunda keçən işgüzar görüşdə təklif edib və dövlət başçısı onunla razılaşıb./qafqazinfo

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ