RF prezidenti göstəriş verib.
Rusiya prezidenti Vladimir Putin 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının Rusiyada işə götürülməsinə qadağa qoyub.
Bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilir.
“Rusiya hökuməti tərəfindən tərtib olunan siyahıya daxil edilməyən iş verənlərə, iş (xidmət) sifarişçilərinə 2016-cı ilin yanvarın 1-dən Türkiyə vətəndaşlarının əmək fəaliyyətinə, işlərin görülməsinə (xidmətlərin göstərilməsinə) cəlb edilməsinə qadağa qoyulub”, - məlumatda bildirilir./oxu
7news.az








