RU
Putin Türkiyəyə qarşı sanksiyaları
16:34
1619

Putin Türkiyəyə qarşı sanksiyaları

Rusiya Türkiyə turizminə qoyulan sanksiyaları aradan qaldırır.

7News.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan telefon danışığı zamanı razılığa gəliblər.

Putin Rusiya Nazirlər Kabinetinə Türkiyə ilə ikitərəfli iqtisadi-ticari əməkdaşlığın bərpası istiqamətində danışıqlara başlamağı tapşırıb. 

Xatırladaq ki, bu gün Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Öz növbəsində Rusiya prezidenti Vladimir Putin Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı türkiyəli həmkarına başsağlığı verib, yaralılara şəfa diləyib.

Qeyd olunub ki, Kreml və Türkiyə prezidentinin mətbuat xidməti danışıqlarla bağlı detallı məlumat yayacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ