RU
Putin üçün özəl gün - 64 il keçdi
09:27
502

Putin üçün özəl gün - 64 il keçdi

Bu gün Rusiya prezidenti Vladimir Putinin doğum günüdür.

7News.Az xəbər verir ki, Rusiya liderinin 64 yaşı tamam olur. 
Qeyd edəkk ki, Vladimir Putin 7 oktyabr 1952-ci ildə Leninqradda anadan olub. Leninqrad Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. 1975-ci ildən SSRİ DTK-də xidmətə başlayıb. Bir müddət Almaniyada işləmişdir. 1989-cu ildə istefaya çıxaraq Leninqrad Dövlət Universitetinin prorektoru Anatoli Sobçakın köməkçisi işləyib.
1983-cü ilin iyulunda Lyudmila Aleksandrovna ilə evlənib. İki qızı var: Mariya (1985-ci ildə Leninqradda) və Каterina (1986-cı ildə Drezdendə anadan olublar.) Мariya Sankt-Peterburq Dövlət Universitetində bioloji-təbiət, Каterina şərq fakültəsində təhsil alıb (2003-cı ildə qəbul olunublar). 
Putinin qızları haqqında mətbautda çox az məlumata rast gəlinr.
2013-cü ilin iyunun 6-da Lyudmila ilə boşanması haqqında məlumat yayılıb. 
Putin 2000-ci ildən etibarən Rusiyaya rəhbərlik edir. 2008-ci ildə ikinci dəfə prezident səlahiyyətləri bitdikdən sonra baş nazir olub. 2012-ci ildə yenidən keçirilən prezident seçkilərində qalib gələrək Rusiya prezidenti seçilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ