Rusiya Ukraynanı tərəfdaş və mehriban qonşu olaraq görmək istəyir.
7news.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu fikirləri Rusiya prezidenti Vladimir Putin Moskvada səfirlərlə görüş zamanı səsləndirib.
"Biz Ukraynanı mehriban qonşu və etibarlı tərəfdaş, ilk növbədə öz içində sülhü yaratmış dövlət olaraq görmək istəyirik. Lakin bunun üçün Kiyev Donbas, Donetsk və Luqanskla dialoqa girməyin qaçınılmaz olduğunu anlamalıdır. Başqa dövlətləri, o cümlədən Rusiyanı ittiham edərək Ukrayna böhranının uzadılmasını yolverilməz hesab edirik. Bu Avropa qitəsində onsuz da kəskin olan vəziyyətin daha da pisləşməsinə gətirib çıxarar",- deyə Putin bəyan edib.
7news.Az








