RU
Putin və Kral Salman arasında 14 müqavilə imzalandı
10:50
356

Putin və Kral Salman arasında 14 müqavilə imzalandı

Moskvada səfərdə olan Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz əl-Səud Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

7news.Az xarici KİV-ə istinadən xəbər verir ki, görüşdə Suriyada terrorla mübarizə məsələsində razılıq əldə olunub.

Bundan başqa, iki lider arasında hərbi-texniki əməkdaşlıq, qarşılıqlı investisiya layihələri, ticarət, sənaye, enerji, kənd təsərrüfatı və digər sahələrdə 14 müqavilə imzalanıb.

Qeyd edək ki, kralın səfəri 7 oktyabra qədər davam edəcək.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ