RU
Putin və Ruhani arasında telefon danışığı olub
23:07
459

Putin və Ruhani arasında telefon danışığı olub

Bu gün Rusiya prezidenti Vladimir Putin və İran prezidenti Həsən Ruhani arasında telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

Söhbət İran tərəfinin təşəbbüsü ilə baş tutub.

"Tərəflər iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, o cümlədən ticarət və iqtisadi sahədə birgə prioritet layihələri, dünya karbohidrogen bazarlarında addımların əlaqələndirilməsini və Suriya münaqişəsinin nizamlanmasını müzakirə ediblər”, məlumatda deyilir.

İki ölkə lideri həmçinin avqustun 8-də Bakıda imzalanmış müqavilələrin həyata keçirilməsini nəzərdən keçirib.

Xatırladaq ki, Rusiya, İran və Azərbaycan prezidentlərinin üçtərəfli görüşünün sonunda Bakı bəyannaməsi imzalanıb./apa
 
7news.Az


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ