Rusiyada ordu ilə özəl mühafizə şirkəti Vaqner arasında başlayan və silahların qarşılıqlı geri çəkilməsi ilə nəticələnən hadisələrdən sonra beynəlxalq ictimaiyyətin diqqəti bu ölkəyə yönəldi.
7NEWS.az xəbər verir ki, Vaqnerin lideri Yevgeni Priqojin rus ordusunu onlara hücum etməkdə ittiham edib və cavab tədbirləri gördüyünü bildirib. Rusiya prezidenti Vladimir Putin isə baş verənləri "xəyanət”, "arxadan bıçaqlanma” və "silahlı üsyan” kimi qiymətləndirərək, günahkarların məsuliyyətə cəlb olunmasının qaçılmaz olduğunu bildirib.
7NEWS.az








