Xarici KİV-in Rusiya Silahlı Qüvvələrinə qarşı açıq təxribatları hərtərəfli araşdırma tələb edir, belə cinayətlərin qarşısı qətiyyətlə alınmalıdır.
7NEWS.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Baş Prokurorluğun geniş kollegiya iclasında bildirib.
"Silahlı Qüvvələrimizə qarşı açıq təxribatlar, o cümlədən xarici KİV və sosial şəbəkələrin resurslarından istifadə etməklə törədilən təxribatlar hərtərəfli araşdırma tələb edir. Sözsüz ki, Rusiya Federasiyasının ərazisində istənilən cinayətin qarşısını ən qəti şəkildə almaq lazımdır”, - Putin vurğulayıb.
7NEWS.Az








