Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin liderləri qurumun oktyabrın 14-də Yerevanda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.
Bunu bu gün jurnalistlərə açıqlamasında Rusiya prezidenti Vladimir Putin bildirib.
V.Putin deyib ki, liderlər münaqişə ilə bağlı kompromis tapılmasının zəruriliyi kontekstində müzakirə aparıblar:
"KTMT xarici təhdidlərlə bağlı yaradılıb. Biz yanımızda baş verənlərə də reaksiya verməliyik və keçmişdən bizə qalan bütün problemlərin sülh yolu və kompromis əsasında həllinə səy göstərməliyik. Məhz kompromis nöqteyi-nəzərindən Yerevanda Qarabağ problemini müzakirə etdik”. /apa
7news.Az








