Rusiya prezidenti Vladimir Putin Nitsada terror aktı ilə bağlı həmkarı Fransa prezidenti Fransua Ollanda başsağlığı verib.
7News.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə V.Putinin mətbuat katibi Dmitri Peskov məlumat verib. Peskov “Prezident Putin fransalı həmkarına teleqram göndərib. O, bu qeyri-insani, barbarcasına törədilən terror aktı ilə əlaqədar Ollanda dərin hüznlə başsağlığı verib”,- deyə bildirib.








