Prezident Vladimir Putin Rusiyanın əsas hərbi qüvvələrinin martın 15-də Suriyadan çıxarılması ilə bağlı əmr verib.
Bu barədə Putin xarici işlər naziri Serqey Lavrov və müdafiə naziri Serqey Şoyqu ilə görüşündə bildirib.
“Hesab edirəm ki, Müdafiə Nazirliyinə tapşırılmış bütün vəzifələr layiqincə yerinə yetirilib. Buna görə də sabahdan etibarən Suriya Ərəb Respublikası ərazisindən qoşunların çıxarılmasını əmr edirəm”, - deyə Rusiya prezidenti əlavə edib.
Putin bu qərarı ilə Suriya münaqişəsinin tənzimlənəcəyinə də ümid etdiyini söyləyib./qafqazinfo
7news.Az








