RU
Putindən təcili iclas — Türkiyəyə xüsusi qrup göndərir
00:22
404

Putindən təcili iclas — Türkiyəyə xüsusi qrup göndərir

Rusiya prezidenti Vladimir Putin təcili iclas çağırıb. 

Müşavirədə Xarici İşlər Naziri Sergey Lavrov, Xarici Kəşfiyyat idarəsinin rəhbəri Sergey Narışkin və Federal Təhlükəsizlik Xidmətinin rəisi Aleksandr Bortnikov iştirak edib.

Putin səfirni qətlini alçaq bir hərəkət kimi xarakterizə edərək, sifarişçilərin tapılması üçün göstəriş verib.

Bu hadisə iki ölkə arasındakı münasibətlərin normallaşmasının və Suriyadakı sülh prosesinin pozulmasına yönələn təxribatdır. Hansı ki, bu prosesi fəal şəkildə Rusiya, Türkiyə və İran həyata keçirir. Bu aksiyaya cavab ancaq bir şey ola bilər - beynəlxalq terrora qarşı mübarizə səylərinin gücləndirilməsi. Rusiya İstintaq Komitəsində artıq baş vermiş hadisə ilə bağlı cinayət işi açılıb".

V. Putin Rusiya İstintaq Komitəsi nümayəndələrinin tez bir zamanda Ankaraya gedəcəklərini və türkiyəli həmkarları ilə birlikdə sui-qəsdin araşdırılmasına birgə iştirak edəcəklərini söyləyib:

"Artıq bu barədə türkiyəli həmkarımla telefon danışığı zamanı razılıq əldə olunub. Biz bilməliyik ki, qatili ora kim göndərib".

Rusiya prezidenti mərhum səfirin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı göstəriş verib.

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ