Türkiyənin Kayseri şəhərində baş verən terror aktından sonra Rusiya prezidenti Vladimir Putin bəyanatla çıxış edib
Həmkarına başsağlığı verən Putin Türkiyə ilə antiterror sahəsində əməkdaşlığı genişləndirməyə hazır olduğunu bildirib.
Putin deyib: "Əminəm ki, bu cür cinayətlərə cavab ekstremist qruplaşmalara qarşı daha qəti mübarizə ilə verilməlidir. Rusiya öz növbəsində Türkiyə ilə antiterror sahəsində əməkdaşlığı genişləndirməyə hazırdır".
Putin eyni zamanda Ərdoğandan terror aktı zamanı yaxınlarını və doğmalarını itirmiş vətəndaşlara da başsağlığı diləklərini çatdırmağı xahiş edib./olke.az
7news.Az








