RU
`Putinə açıq şəkildə dedim ki...`
19:00
2166

`Putinə açıq şəkildə dedim ki...`

Türkiyə və ABŞ prezidentləri Rəcəb Tayyib Ərdoğanla Barak Obama arasında baş tutan telefon danışığının bəzi təfərrüatları məlum olub.

"Hürriyet" qəzetinin diplomatik mənbələrdən əldə etdiyi xəbərə görə, prezidentlər arasında əsas müzakirə məsələlərindən biri Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisini bombalaması olub.

Obama söhbət zamanı Suriyadakı əsas hədəflərinin İŞİD-lə mübarizə olduğunu bildirib. Ərdoğan isə Rusiyanın əməliyyatları nəticəsində müxalifətin İŞİD-lə mübarizəsinin zəiflədiyini deyib.

“Bu barədə Putinlə telefonda danışdım. Putinə açıq şəkildə dedim ki, müxaliflərə qarşı əməliyyatları dayandırın”, – Obama cavab verib.

Obama söhbət zamanı Türkiyə ordusunun YPG-yə qarşı top atəşlərini dayandırmasını istəyib. Ərdoğan isə cavabında bəyan edib ki, YPG, Rusiya və Bəşər Əsəd qüvvələri ortaq hərəkət edir.

"Onların hədəfləri İŞİD-lə mübarizə aparmaq deyil. Azez qəsəbəsi onların nəzarəti altına geçərsə, Türkiyəyə böyük köç olacaq və təhlükəsizlik problemi ilə qarşılaşacağıq. Əsəd, Rusiya və YPG Münhen razılaşmasına əməl edərsə, biz topa atışlarını dayandıracağıq. Putinlə telefonda danışarkən də dedim ki, müxalif qüvvələrə qarşı hücumları dayandırın", - Ərdoğan Obama qarşısında şərt qoyub.

Qeyd edək ki, fevralın 19-da Ərdoğanla Obama arasında 1 saat 20 dəqiqəlik telefon danışığı olub./azvision

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ