Rusiya Federasiyası Prezidenti Vladimir Putin jurnalistlərlə olan görüşündən sonra öz oxşarından məktub alıb.
7news.az xəbər verir ki, sözügedən görüşdən sonra müxbir Natalya Yarina prezident zaldan çıxmamış ona yaxınlaşıb və sözügedən məktubu verib.
Jurnalist Dmitri Smirnov baş verən hadisə ilə bağlı öz Tvitter hesabında belə yazıb:
“Mətbuat konfransından sonra jurnalist xanım Putinə yaxınlaşaraq ona Başqırdıstanda yaşayan oxşarından məktub verdi”.
Putinin oxşarı əvvəllər Pervuşino kənd sovetinin başçısı işləmiş 64 yaşlı Yuri Şirokovdur.
7news.az









