Rusiya prezidenti Vladimir Putinin adı Amerikanın "Time” jurnalının versiyası üzrə "İlin adamı” reytinqinin qısa-siyahısında yer alıb.
Siyahı nəşrin saytında dərc edilib. Bura 11 siyasətçi, alim, biznesmen, ictimai xadim və "şou-biznes” ulduzunun adı daxil edilib.
Siyahıda Putindən başqa ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, ABŞ prezidentliyinə seçkilərdə məğlub olan Hillari Klinton, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, Hindistanın baş naziri Narendra Modi, Birləşmiş Krallığın Müstəqillik Partiyasının lideri Naycel Farajın da adı var.








