Ukrayna prezidenti Petro Poroşenko ölkənin qərbində yerləşən İvano Frankovsk şəhərinə səfər edib.
Şəhər stadionunda yerli əhali ilə görüşən prezident Avropa və bütün dünyanın Ukraynanı dəstəklədiyini bildirib.
Poroşenko Şərqi Ukrayna hadisələrinə toxunub, Rusiyanın qarşısında mübarizə aparan yeganə Avropa ölkəsi olduğunu vurğulayıb:
“Putinin ağzına yumruq vuran tək Avropa ölkəsiyik. Seperatçı rejimin işğalında olan ərazilərin geri qaytarılma prosesi başlayıb. Qarşıdurmalar çox yaranır, ancaq hələki şəhid verməmişik”.
7news.az








