RU
Putinin illik mətbuat konfransı başladı - CANLI YAYIM
13:10
436

Putinin illik mətbuat konfransı başladı - CANLI YAYIM

Rusiya prezidenti Vladimir Putinin ənənəvi böyük mətbuat konfransı başlayıb.

7News.az SİTA agentliyinə istinadən xəbər verir ki, 12-ci dəfə keçirilən mətbuat konfransında iştirak etmək üçün rekord sayda - 1437 jurnalist qeydiyyatdan keçib.

Böyük mətbuat konfransı dünən keçirilməli idi. Lakin Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun qətli ilə əlaqədar bu günə keçirilib. Rusiya prezidentinin sözçüsü Dmitri Peskov bildirib ki, mətbuat konfransında konkret məsələlər proqnozlaşdırılmır. O, həmçinin qeyd edib ki, bütün əvvəlki illərdə olduğu kimi Rusiyanın daxili həyatı əsas mövzu olacaq.

Mətbuat katibi hesab edir ki, böyük mətbuat konfransınmda beynəlxalq məsələlərə əhəmiyyətli diqqət ayırılacaq.

Mətbuat konfransının nə vaxt bitəcəyini prezidentin özü müəyyənləşdirir. Ən qısa mətbuat konfransı 2001-ci ildə olub: 1 saat 33 dəqiqə. 2008-ci ildə isə prezident 4 saat 40 dəqiqə suallara cavab verib. Ötən ilin dekabrında keçirilən mətbuat konfransı isə 3 saat 8 dəqiqə davam edib.

Mətbuat konfransının gedişatını "Rossoya 1”, "Birinci kanal” və "Rossiya 24” telekanalları, həmçinin "Mayak”, "Vesti FM” və "Rusiya radiosu” radiostansiyaları birbaşa translyasiya edəcək.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ