Rusiyanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında zamin olmasını alqışlayırıq.
7News.Az xəbər verir ki, bunu “Ria Novosti” saytına açıqlamasında ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik deyib.
“Biz Rusiya prezidenti Vladimir Putinin şəxsən Dağlıq Qarabağ münaqişəsinin davamlı həllinə nail olmaq istiqamətində göstərdiyi səyləri alqışlayırıq”,- deyə həmsədr bildirib.
Uorlikin sözlərinə görə, beynəlxalq sülhməramlıların Dağlıq Qarabağda təhlüksəziliyin təmin edilməsi məqsədi ilə yerləşdirilməsi münaqişənin həlli hissəsi kimi qəbul edilib.








