Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitriy Peskov dövlət başçısının ABŞ-ın yeni seçilmiş prezidentinə göndərdiyi məktubun mətnini açıqlayıb.
7News.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, Peskov bildirib ki, məktubda prezident Putin seçkilərdə qalib gəldiyi üçün Donald Trampı təbrik edib.
Qeyd edək ki, Tramp "Wall Street Journal”a müsahibəsində Putindən "möcüzəli” məktub aldığını və tezliklə aralarında telefon danışığının baş tutacağını anons etmişdi.








