7NEWS.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putinin Yaponiyaya hədiyyə etdiyi pişik səhhətində yaranan problem səbəbindən ölüb. Putin Barış (Mir) adlı pişiyi 2012-ci ildə Akita qubernatoru Norihişa Satakeyə hədiyyə olaraq göndərib. O zaman mətbuatda yayılan xəbərlərə görə, itləri sevməsi ilə tanınan Putin əvvəlcə Satakeyə it vermək fikrində olsa da, qubernatorun pişik adamı olduğunu öyrəndikdən sonra fikrini dəyişib.








