RU
Putinlə Ərdoğan telefonla danışıb: “Sülhün yolunu birlikdə açaq”- YENİLƏNİB
16:05
254

Putinlə Ərdoğan telefonla danışıb: “Sülhün yolunu birlikdə açaq”- YENİLƏNİB

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

7NEWS.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, danışıqlar bir saata yaxın davam edib.

Ərdoğan danışıqlar zamanı Ukrayna probleminin sülh yolu ilə həllinə ən qısa zamanda töhfə verməyə hazır olduqlarını bildirib.

Türkiyə lideri bildirib ki, təcili atəşkəs bölgədəki humanitar narahatlıqları aradan qaldırmaqla yanaşı, həm də siyasi həll yolu axtarmağa fürsət verəcək.

"Sülhün yolunu birlikdə açaq” çağırışını təkrarlayan Ərdoğan atəşkəsin təmin edilməsi, humanitar dəhlizlərin açılması və sülh sazişinin imzalanması üçün təcili addımların atılmasının vacibliyini vurğulayıb.

Ukrayna tərəfi və digər ölkələrlə daim təmasda olduğunu söyləyən Ərdoğan hərtərəfli danışıqlar aparmaq, nəticə əldə etmək üçün səylərini davam etdirəcəyini bildirib.

13:50

Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı başlayıb.

7NEWS.Az bu barədə "TRT Haber" telekanalına istinadən xəbər verir.

Tərəflər arasında Ukraynadakı vəziyyət müzakirə olunur.

Bundan əvvəl Türkiyə Prezidentinin nümayəndəsi bildirmişdi ki, Ərdoğan Putinlə danışıqlar zamanı Ankaranın Ukrayna ilə bağlı təkliflərini ona açıqlayacaq.

Qeyd edək ki, Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyata başlayıb.

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ