Amerikanın NBC televiziyasına açıqlama verən Suriya prezidenti Bəşər Əsəd ABŞ dövlət katibi Con Kerrinin Moskva səfərinə münasibət bildirib.
Bəşər Əsəd Rusiya prezidenti Vladimir Putinlə ABŞ dövlət katibi Con Kerrinin onun vəzifədən getməsi barədə razılıq əldə edəcəklərinə inanmadığını deyib: "Çünki Rusiyanın siyasəti anlaşmaya yox, dəyərlərə söykənir".
"Putinin, yaxud Sergey Lavrovun keçid dövründən ona bəhs edib-etmədiyi" sualına cavabda Bəşər Əsəd bu barədə bir kəlmə də eşitmədiyini söyləyib.
Suriya lideri Putinlə münasibətindən danışarkən deyib: "Münasibətlərimiz çox səmimi, hədsiz dürüstdür və qarşılıqlı hörmətə əsaslanır".
7News.Az








