7NEWS.az xəbər verir ki, Sentyabrın 7-də "keçid hökumətinin baş naziri” təyin edilən Raymond Ndonq Sima 26 nəfərlik keçid hökumətini formalaşdırıb.
Hərbi müdaxilə ilə vəzifəsindən uzaqlaşdırılan prezident Əli Bonqonun hökumətinin bəzi üzvlərinin daxil olduğu yeni kabinetdə Bonqo dövründə xarici işlər naziri vəzifəsini icra edən Hermann İmmonqault daxili işlər nazirinin müavini təyin edilib.
Rabitə Nazirliyinə təyin edilən polkovnik-leytenant Ulrix Manfoumbi həm də hərbi idarənin sözçüsü vəzifəsini icra edib.
Xarici işlər naziri Regis Onanqa Ndiaye, iqtisadiyyat naziri isə Mays Mouissim idi.
Qabonda fəaliyyət göstərən Fransanın mədən şirkəti Erametin keçmiş idarəçilərindən olan Marsel Abekenin neft naziri təyin edilməsi diqqət çəkib.
7NEWS.az








