RU
Qabonda Nguema keçid hökumətinin lideri oldu
13:50
52

Qabonda Nguema keçid hökumətinin lideri oldu


Respublika Qvardiyasının komandanı, general Brice Oliqui Nguema bu səhər hərbçilərin hakimiyyəti ələ keçirdiyi Qabonda keçid hökumətinə rəhbərlik etmək üçün təyin edilib.

7NEWS.az xəbər verir ki, dövlət televiziyasında oxunan bəyanatda general Nguemanın yekdilliklə keçid hökumətinə başçı təyin edildiyi açıqlanıb. Atası zabit olan Nguema Mərakeşin Meknes şəhərindəki Kral Mərakeş Hərbi Akademiyasında hərbi təhsilini başa vurmuş, daha sonra Qabonun ekvator cəngəlliklərindəki Komando Təlim Mərkəzini bitirmişdir. General Nguema hərbi karyerasından sonra keçmiş prezident Ömər Bonqonun köməkçisi oldu və 2009-cu ildə Bonqonun ölümünə qədər bu vəzifədə qaldı.

7NEWS.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ