Trablusa gedərkən qaçırılıb Maltada endirilən Liviya təyyarəsindən 25 sərnişin buraxılıb.

Təyyarədən çıxanlar televiziyaların canlı yayımı zamanı görüntülənib. Ardından 25 nəfərlik ikinci qrupun da sərbəst buraxıldığı deyilib.

"Afrikiye" hava yollarına aid Airbus A320 sərnişin təyyarəsindən ilk qrupun sərbəst buraxılması faktını Malta Baş naziri Cozef Muskat da təsdiq edib. Sərbəst buaxılanların əksəriyyəti qadın və uşaqlardır.

Hazırda təyyarədə 68 nəfərin qaldığı deyilir.








