Türkiyənin Düzce şəhərinin Gölyaka qəsəbəsində yaşayan və yoxa çıxan 17 yaşlı Damla sosial media hesabından video paylaşaraq ona görə narahat olanlara müraciət edib.
7News.Az Milli.Az-a istinadən xəbər verir ki, 17 yaşlı Damla video müraciətində "Qaçırıldığıma görə narahatçılıq keçirmisiniz, amma mən qaçırılmadım. Ailəmin məni axtardığını bilirəm, amma mən onların yanına qayıtmaq istəmirəm" deyib.
O, açıqlamasının ardında "Mən artıq qətiyyən ailəmlə yaşamaq istəmirəm. Çünki mənə çox şey yaşatdılar. Mənə psixoloji təzyiqlər etdilər, çox döyüldüm. Dayımgil məni döydülər, mən də qaçmaq məcburiyyətində qaldım və qaçdım. Dostlarımın evindəyəm, güvəndəyəm, xahiş edirəm saxta fikirlərə inanmayın" fikirlərini əlavə edib.
Hadisə ilə bağlı polisin araşdırması davam edir:

7News.Az