RU
Qaçmaq istəyən vəkili şirlər yedi - Ölkə şokdadır!
16:00
878

Qaçmaq istəyən vəkili şirlər yedi - Ölkə şokdadır!

Vəkilin şirlər tərəfindən yeyilməyi dünya gündəminə düşüb.

7News.az xarici KİV-ə istinadən bildirir ki, Afrikada 50 yaşlı Devid Baloyi adlı vəkil qaçmağa çalışarkən aslanlara yem olub. Faciəvi şəkildə can verən Baloyinin bədənindən ancaq başı qalıb.

 

Baloyi yanındakı 2 nəfərlə birlikdə kərgədan və fillərdən qorunmaq üçün ovçular tərəfindən tez-tez istifadə edilən "4545 Uinstis" tüfəng istifadə edərək bir rayona qədər irəliləməyi bacarıb.

Məsələ ilə bağlı açıqlama verən podpolkovnik Moatshe Ngoepe, "Ölən şəxs qaçaq ovlanma sahəsi olaraq təyin olunan parkdakı şirlər tərəfindən öldürülüb " açıqlamasını verib.

Digər 2 nəfər isə hücumdan xilas olmağı bacarıb və öz ölkələri Mozambikə geri dönüblər.

Aslanların gündüz təhdid ünsürü olmadığını deyən podpolkovnik, ovçuluğun qaranlıq düşəndə yerinə yetirilməsi lazım olduğunu söyləyib və sözlərinə bunları əlavə edib: "Qaranlıqda kolluqda gedərkən çölə çıxsan vəhşi bir oyunun içində taparsan özünü. Cinayət üçün kimsənin aslanları məsuliyyətə cəlb etməyəcəyi aşkardır."

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ