“Türkiyə sərhəd qoşunları Suriya-Türkiyə sərhəddini keçməyə çalışan uşaq və qadınlara atəş açmaqda davam edir”.
7News.Az xəbər verir ki, bu barədə “The Times” qəzeti məlumat yayıb. Məlumata görə, Türkiyə sərhədçiləri tərəfindən əksəriyyəti qadınlar və uşaqlar olmaqla, 8 nəfər güllələnib. Dəstənin dağ yolu vasitəsilə sərhəddi keçmək istədiyi bildirilir.
Sərhəddən sağ-salamat keçməyi bacaran , Hələbdən olan hüquqşünas Abdmunem Kaşkaş “Onlar silahsız insanları öldürürlər. Balaca bir qız güllə yarası almışdı və biz onun üçün heç nə edə bilmədik. Yaşlı bir kişi və qadın da itkin düşüb. Yəqin ki, onları da öldürüblər” - deyə açıqlama verib.
Qeyd edək ki, daha əvvəl də qəzet türk sərhədçiləri tərəfindən öldürülmüş 16 suriyalı qaçqın barədə məlumat yaymışdı.
7News.Az








