RU
Qaçqınlara görə yollar bağlanır
12:18
524

Qaçqınlara görə yollar bağlanır

200-ə yaxın qaçqın Xorvatiyaya göndəriləcək

 Xorvatiyanın baş naziri Zoran Milanoviç ölkədə qaçqınlar axınını dayandırmaq iqtidarında olmadığını bəyan edib.

Onun sözlərinə görə, Xorvatiyanın imkanları məhduddur, ancaq məmurlar qaçqınları qeydiyyata salmağa çalışacaqlar. İki gün ərzində Xorvatiyaya 11 min qaçqın daxil olub. Hökumət Serbiya ilə sərhəddə yerləşən nəzarət-buraxılış məntəqəsinə aparan yolların bağlandığını elan edib.

Sloveniya isə Dobova stansiyası rayonunda Xorvatiya ilə dəmiryolu əlaqəsini dayandırıb. Polis nümayəndəsi bildirib ki, 200-ə yaxın qaçqın Xorvatiyaya göndəriləcək.

Xatırladaq ki, qaçqınlar sərhədlərdə nəzarəti gücləndirən Macarıstanın yerinə Serbiyanın ərazisi vasitəsilə Xorvatiyaya yola düşüblər. /Ölkə.Az

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ