Mingəçevirdə bədbəxt hadisə baş verib.
7NEWS.Az xəbər verir ki, hadisə N.Nərimanov küçəsi, 41 ünvanında yerləşən binada qeydə alınıb.
Təxminən 30-35 yaşlı qadın binanın 3-cü mərtəbəsindən yıxılıb. Çoxsaylı xəsarətlər alan qadın ağır durumda xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
7NEWS.Az







