Rusiyanın Volqoqrad şəhərinin sakini, 37 yaşlı qadın sükanı arxasında olduğu BMW X5 avtomobili ilə 3 yaşlı oğlunu əzərək öldürüb, anasını isə yaralayıb.
Uşaq həyətdə oynayırmış.
Qadın sürücülük məktəbinin təlimatçısı ilə avtomobili idarə etmək təmrinlərini məşq edirdi. O, sükan arxasında olanda pedalları səhv salıb, əyləc əvəzinə qazı basıb. Nəticədə qadın maşınla oğlunu əzərək öldürüb.
Qadının yaşlı anası isə ağır travmalarla xəstəxanaya aparılıb.
Qəza zamanı təlimatçı sərnişin oturacağında olsa da, təhlükəli manevrə mane ola bilməyib./milli
7news.az








