Qadın alış-veriş edərkən canavarın hücumuna məruz qalıb
7News.az xəbər verir ki, gecə Hamburqun Atlona səmtindəki Grosse Berg küçəsində yerləşən ticarət mərkəzində canavarın qadına hücum etdiyi bildirilir. Qadın avtomatik qapılar arasında sıxışıb qalan canavara kömək etmək istəyərkən hücuma məruz qalıb və canavar onu dişləyib. O, Eppendorf Universitetinin Klinikasına aparılıb, burada ambulator müalicə alıb və sonra evə buraxılıb.