Türkiyədə qeyri-adi hadisə baş verib.
7News.Az haberler-ə istinadla xəbər verir ki, botoks etdirən kişi xanımı tərəfindən döyülüb.
İstanbulda Hasan A. adlı 40 yaşlı kişi botoks etdirib. Bunu öyrənən 33 yaşlı Emine.A ərini döyüb.
Ər məhkəməyə müraciət edərək xanımı tərəfindən döyüldüyünü, təhqir edildiyini bildirib.
Qeyd edək ki, cütlük eyni xəstəxanada işləyir. Ər mühafizəçi, qadın isə tibb bacısıdır.
7News.Az









