İngiltərədə Cekilay adlı heyvansevər və aktivist qadın maraqlı etiraz aksiyası keçirib. Belə ki, qadın könüllü olaraq İngiltərənin mərkəzində bir mağazada "Heyvanlara kosmetik vasitələrin hazırlanması üçün işgəncə verməyin" başlıqlı etiraz keçirib. Yoldan keçən insanlar şüşənin o biri üzündə nə baş verdiyini öyrənmək üçün saatlarla onu izləyiblər.

Cekilayın 10 saata qədər davam edən etiraz aksiyasında istifadə edilən dəhşətli metodları təqdim edirik:
Qadın bunu heç bir şirkət və ya qurumla razılaşdırılmış şəkildə deyil, könüllü şəkildə etdiyini bildirib. Onun sözlərinə görə, hər gün yüzlərlə heyvan bu cür işgəncələrə məruz qalır. İnsanlara bir anlıq özlərini həmin heyvanların yerinə qoymaları üçün o, əvvəl üzünə müxtəlif dərilər üçün hazırlanan krem və lasyonlar sürtüb. Krem onun üzündə müxtəlif yanıqlar və yaralar əmələ gətirib. Bununla o, heyvanların dərisini diri-diri yandıran şirkət rəhbərliklərini qınayıb.

Daha sonra gözlərinə heyvanların gözlərinə tökülən kimyəvi damcılardan töküb. Bundan sonra heyvanlar üçün nəzərdə tutular müxtəlif keyfiyyətsiz quru və sulu qidalarla qidalanıb.
Qadın özünə elektronik naqillərin belə bağlanmasına icazə verib. Saçının bir hissəsi isə labaratoriyada heyvanların dərisinə qoyulan monitor qurğuları üçün qırxılıb.

Bədəninə çox sayda iynələr vurulub. Qadının damarları aksiyadan sonra da qanamağa davam edib. İnsanları bu işgəncələri dayandırmağa dəvət edən qadın 10 saat davam edən işgəncələrdən sonra buna nail olub.
Onu izləyən əhali heyvanlar üzərində aparılan təcrübələrin qadağan edilməsi istiqamətində imza toplamağa başlayıb. Londonda bir sıra brendlər etirazla bağlı açıqlamalar verərək öz istehsalları olan kosmetik vasitələri müdafiə etməyə və istehsal prosesinin fərqli olmasını izah etməyə çalışıblar./publika
7news.Az








