RU
Qadın corabı, şalvar, qayçı, stəkan oğruları
01:35
683

Qadın corabı, şalvar, qayçı, stəkan oğruları

3 dost sözü biri yerə qoyub müxtəlif vaxtlarda, müxtəlif evlərdən oğurluq ediblər, mənzillərdən sözün əsl mənasında əllərinə nə keçdisə götürüblər.

Hadisə oktyabrın 14-də Qaxda baş verib. 24 yaşlı Səbuhi Məmmədov 19 yaşlı Şəhriyar Məmmədli ilə birlikdə rayon sakini Rasim İsrafilova məxsus evin tavanından içəriyə daxil olaraq televizor, DVD, xalça, qaz balonu, ütü, tozsoran, sərinkeş, servis dəsti, stəkan dəsti, xrustal qablar, paltar, hətta mişar, kəlbətin, qayçı və başqa məişət əşyaları götürüblər. Təxminən 45 gün sonra dostlar başaq bir evə göz dikiblər. Səbuhi Məmmədli bu dəfə Elnur Aşurovla rayon sakini Hacıəhməd Cəbrayılovun evinə daxil olaraq 130 manat, 330 gürcü larisi, 1000 rus rublu və içərisində 314 manat məbləğində pul olan iki ədəd pensiya kartı, üç ədəd qadın ayaqqabısı, dörd cür corab və bir ədəd kişi idman şalvarı oğurlayıblar. İki gün keçməmiş Səbuhi və Elnur bu dəfə Ramiz Mirzəyevin evindən bir ədəd çörək bişirən və 150 manat götürüblər.

Maraqlıdır ki, Səbuhi Məmmədov elə noyabr ayında evlənməyə də vaxt tapıb. Noyabrın 15-də oğurluq planı qurulan ərəfdə özünə toy çaldıran Səbuhi videokameranın yaddaşına düşmək istməyib. Həmin vaxt toya gələnlər təccüblənsə də, indi onun nədən belə etdiyini başa düşmək asandır./atv

7news.az

 

 
 
 
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ