Xaçmaz rayonunun Yataqoba kənd sakini Şakir Əsgərova məxsus evdə yanğın baş verib.
7news.Az Daxili İşlər Nazirliyinin rəsmi saytına istiandən xəbər verir ki, sentyabrın 10-da saat 04 radələrində baş verən yanğın nəticəsində evin yanar konstruksiyaları və oradakı əşyalar yanmış, yanğın söndürüldükdən sonra Ş.Əsgərovun xanımı Nərgiz Əsgərovanın yanmış meyiti tapılıb.
Fakta bağlı araşdırma aparılır.
7news.Az








