RU
Qadın həmcinsini söhbətə çağırıb, güllələdi - FOTO
11:40
292

Qadın həmcinsini söhbətə çağırıb, güllələdi - FOTO

Türkiyədə qəribə cinayət hadisəsi qeydə alınıb.

7News.Az haberler-ə istinadla xəbər verir ki, Türkiyənin Adıyaman vilayətində iki qadın arasında yaranan mübahisə ölümlə nəticələnib.

Hadisə sözügedən vilayətin Cumhuriyyət qəsəbəsində baş verib. Boş ərazidə görüş təyin edən iki qadın səbəbi bilinməyən mübahisə nəticəsində əlbəyaxa olublar.

Qadınlardan birinin əlindəki tüfəngdən atəş açılması nəticəsində onların hər ikisi yaralanıb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılan qadınların həyatını xilas etmək mümkün olmayıb.

 

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ