Qadın küçənin ortasında qışqıraraq özünü Putinin həyat yoldaşı adlandırdı
Ukrayna vətəndaşı, 36 yaşlı Natalya, özünü Rusiya prezidenti Vladimir Putinin həyat yoldaşı elan edərək, onunla görüşməyə çalışıb.
7News.Az-ın verdiyi xəbərə görə, bu barədə "Moskovskiy Komsomolets" yazır.
Nəşrin məlumatına görə, noyabrın 20-də qadın Qırmızı Meydanda qışqıraraq Rusiya liderinin həyat yoldaşı olduğunu iddia edib və onunla görüşmək istədiyini elan deyib.
Federal Mühafizə Xidməti əməkdaşları həmin qadını saxlayaraq Daxili İşlər Nazirliyinə təhvil veriblər. Burada onun şəxsiyyəti müəyyənləşdirildikdən sonra qadın şizofreniya şübhəsi ilə psixiatrik xəstəxanaya yerləşdirilib.