RU
Qadın oteldə turistin telefonunu oğurladı
15:00
424

Qadın oteldə turistin telefonunu oğurladı

Bakıya gələn turistin telefonu və üzüyü oğurlanıb.

7news.Az DİN-ə istinadən verdiyi xəbərə görə, iyunun 26-da polisə müraciət edən əcnəbi vətəndaş yaşadığı hoteldə otağından mobil telefon və üzüyünün oğurlandığını bildirib.

 

Oğurluğu törətməkdə şübhəli bilinən qadın qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalarla onun Bakı şəhər sakini S.Kişiyeva olduğu məlum olub. "Huawei” markalı mobil telefon və üzük maddi sübut kimi ondan götürülüb.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ