RU
Qadın piyadanı vurub hadisə yerindən qaçdı
21:35
606

Qadın piyadanı vurub hadisə yerindən qaçdı

Şirvan şəhərində piyadanın ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə bu gün saat 18.00 radələrində Heydər Əliyev prospektində qeydə alınıb.

Şəhər sakini, həmin ünvanda yaşayan 1949-cu il təvəllüdlü Soltanova İntizar Məhəmməd qızı naməlum avtomobil tərəfindən vurulub. Sürücü hadisə yerindən qaçıb.

Açıq kəllə-beyin travması, çoxsaylı sınıq xəsarətləri alan qadın Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir.

Hazırda naməlum avtomobilin və sürücünün axtarışları davam etdirilir./apa

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ