Qəssab deyərkən, adətən ağıla heç vaxt qadınlar gəlmir.
Türkiyənin Artvin şəhərində fəaliyyət göstərən dükanlardan birinə daxil olan müştəriləri isə qəssab qiyafəsində zərif cinsin nümayəndəsi qarşılayır.
35 yaşlı Işıla Tunca kömək məqsədilə həyat yoldaşının ət dükanında işləməyə başlayıb. İlk günlər bu işi bacaracağına inamı olmasa da, çətinliklər çəksə də, sonradan işinin peşəkarına çevrilib. Hətta indi bu işi illərdir qəssab kimi fəaliyyət göstərən həyat yoldaşından daha yaxşı bacardığını iddia edir.
Təbii ki, Işılanın qəssab işləməsi çoxlarına qəribə görünsə də, müştərilər bu vəziyyətdən xeyli razıdırlar. Çünki dükanda qadının olması həmin yerin gigiyenik baxımdan da təmizlik deməkdir. /atv
7news.az








