RU
Qadın şöbə müdirini maşın vurdu — Vəziyyəti ağırdır
19:20
450

Qadın şöbə müdirini maşın vurdu — Vəziyyəti ağırdır

Gəncə Dəmiryol Xəstəxanasının şöbə müdirini avtomobil vurub.

7news.Az-ın Report-a istinadən məlumatına görə, hadisə oktyabrın 10-da günorta saatlarında Azərbaycan Texnologiya Universitetinin qarşısında baş verib.

"VAZ-2107" markalı avtomobil həmin ərazidə yolu keçmək istəyən Gəncə şəhər sakini, 1974-cü il təvəllüdlü Sevinc Aydın qızı Cahangirovanı vurub.

Yaralı təcili tibbi yardım maşını ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. S.Cahangirova dərhal əməliyyat olunub və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun vəziyətini orta-ağır olaraq qiymətləndiriblər.

Faktla bağlı araşdırma aparılır

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ