Balakəndə 52 yaşlı qadın əri tərəfindən döyülərək öldürülüb.
Hadisə rayonun Poçtbinə kəndində qeydə alınıb. Balakən Rayon Mərkəzi Xəstəxanasının morquna daxil olan Kainat Zeynəddin qızı Çobanovanın üzərində döyülmə əlamətləri aşkarlanıb.
Balakən rayon Polis Şöbəsi və prokurorluq əməkdaşlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 52 yaşlı Kainat Çobanovanı əri 46 yaşlı Zeynal Ramazan oğlu Çobanovun döyərək öldürdüyü müəyyən edilib. Zeynal Çobanov ifadəsində həyat yoldaşını sərxoş vəziyyətdə döydüyünü etiraf edib.
Həyata keçirilən tədbirlər nəticəsində Zeynal Çobanov şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı Balakən rayon prokurorluğunda cinayət işi başlayıb, istintaq tədbirləri aparılır.
Qeyd edək ki, onların 5 övladı var.
7News.az







