RU
Qadın sevgilisinin başını kəsib, sonra da özünə çay süzüb, içdi - FOTO
14:20
520

Qadın sevgilisinin başını kəsib, sonra da özünə çay süzüb, içdi - FOTO

Qadın sevgilisini öldürdükdən sonra iki gün onun cəsədi ilə yaşayıb.

7News.Az The Sun-a istinadla bildirir ki, Avril Beliveau adlı 30 yaşlı qadın sevgilisi Cameron Faling-i qətlə yetirdikdən iki gün sonra bu barədə polisə məlumat verib.

Sevgilisinin başını kəsən qadın cinayəti özünü müdafiə zəminində törətdiyini iddia edib. Onun dediyinə görə sevgilisi ilə mübahisə zamanı oğlan onu boğmaq istəyib. Lakin araşdırmalar zamanı qadının iddialarını doğruldacaq izlər tapılmayıb.

Polislər evə gələn zaman qadının cinayəti törətdiyi otaqda çay içdiyini görüblər. O, polislər tərəfindən saxlanılıb.

 

Dəhşətli hadisə ABŞ-ın Vermont ştatında baş verib.

Cinayətlə bağlı araşdırmalar davam etdirilir.

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ