Cinayət işi açılıb.
Bakı-Quba yolunda ağır yol qəzası baş verib.
Magistralın 53-cü kilometrliyində, Xızı rayonu ərazisində 1979-cu il təvəllüdlü Həsənova Lalə Həsən qızının sürdüyü "Chevrolet-Aveo" aşıb.
Nəticədə sürücü xəsarət alıb, avtomobildə olan sərnişin, 1986-cı il təvəllüdlü Abdullayeva Nazlı Vəli qızı isə aldığı xəsarətlərdən keçinib.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb.
Qəzaya səbəb kimi, sürücünün idarəetməni itirməsi göstərilir./lent
7news.az








