Dünyaya uşaq gətirmək hər bir valideyn üçün xüsusi andır. Los Angelesdə övlad dünyaya gətirən hamilə qadın hər kəsi şoka salan bir doğuma imza atıb.
Dünyaya gətirdiyi nəsnə körpədən böyük olub.
Hamiləliyinin 26-cı həftəsində doğum sancısı ilə xəstəxanaya çatdırılan qadın çətin anlar yaşayıb. Körpənin ana bətnində daha durmayacağını görən həkim Villiam Bender dərhal doğum qərarı verib. Doğumdan sonra qadının dünyaya gətirdiyi şey hər kəsi şoka salıb. Qadının içindən çıxan şey körpənin ana bətnində nəfəs almasını çətinləşdirib. Tibbdə milyonda bir görülən bu vəziyyət olan ciftli doğum yumurtlamaqla demək olar ki, eyni idi.
Körpəni ciftin içində dünyaya gətirən qadının körpəsinin nəfəs almasını təmin etmək üçün həkimlər cifti yırtıb. Yaşamağı sual altında olan körpə xüsusu qayğı altında saxlanılıb. Silas adı verilən körpə oğlanın 14 həftəsi hələ ana qarnında olması gərəkərkən o 14 həftəni yarımçıq doğulan körpələr üçün olan şüşədə keçirib. Həkim Binder baş verən hadisəyə belə münasibət bildirib "Hər şey ağır çəkilmiş elmi fantastik film kimi idi. İlk 10 saniyə nə etdiyimi bilmədən ciftə baxırdım. Sonra özümə gəldim və torbanı deşib Silanın nəfəs almasını təmin etməyə çalışdıq. Kariyeramın ən qəribə 10 saniyəsini yaşadığımı deyə bilərəm.
Sila bir müddət daha evdə nəzarət altında olacaq. Çünki həkimlər Silanın ana bətninin xaricində keçirdiyi 3 ay ərzində necə fiziki inkişaf sərgilədiyini yaxından təqib etmək istəyirlər. Möcüzəvi uşaq doğumundan sonra 7 aylıq körpə olaraq sağlam şəkildə böyüməyə davam edir. Amma normal standartlara görə o əslində daha 4 aylıqdır. Silas ABŞ-ın möcüzəvi körpələr siyahısında uzun bir müddət ilk sırada yer almağa davam edəcək.
7news.az








