RU
Qadına görə tanışını öldürən taksi sürücüsünə qəti cəza təyin edilib
15:08
423

Qadına görə tanışını öldürən taksi sürücüsünə qəti cəza təyin edilib

Bakı Apellyasiya Məhkəməsində Zərdab rayon sakini Nazim Mirzalızadənin (1985-ci il təv.) CM-nin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 29,120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını qəsdən öldürmə), 29,120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd) və 29,120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

7news.az xəbər verir ki, 2014-cü martın 18-i gecə saat 01 radələrində Xəzər rayonu, Binə qəsəbəsi, “Atçılıq” yaşayış sahəsi ərazisində «Məkan» adlanan avtoservisin qarşısında Nazim Mirzalızadə aralarında baş vermiş mübahisə zamanı
Elşən Orucovun (1987-ci il təv.) sinə nahiyyəsinə və onun qardaşı Samir Hüseyinovun qarın nahiyyəsinə bıçaq zərbələri vurub. Orucovun xəstəxanaya çatdırılarkən yolda ölməsi, Samir Hüseyinovun isə yaralı vəziyyətdə 3 saylı kliniki xəstəxanaya yerləşdirilməsi faktına görə Xəzər rayon prokurorluğu tərəfindən ilkin olaraq CM-nin 120.1-ci ( qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Nazim Mirzalızadə taksi fəaliyyəti ilə məşğul olduğundan martın 17-də axşam idarə etdiyi "VAZ 21015" markalı avtomaşınla "Atçılıq" yaşayış sahəsinin giriş hissəsində, yol kənarında dayanıb. Axşam saat
23 radələrində o bir qadının uşağla qəsəbə sakini Elşən Orucovun idarə etdiyi "VAZ 2107" markalı avtomobildən düşərək, dərhal orda dayanan "VAZ 21011" markalı avtomobilə minməsini görüb. Sürücü Ağa Əliyev tərpənmək istədikdə Elşən Orucov Sevinc Hüseynova ilə aralarında münasibətə aydınlıq gətirmək üçün maşını saxlamağı tələb etsədə, qadın ondan qorxduğunu söyləyərək sürücüdən avtomobili saxlamamağı xahiş edib. Bir az getdikdən sonra Hüseynova yol haqqı kimi verməyə pulunun olmaması bildirdiyindən sürücü Binə qəsəbəsində yeləşən körpünün
yanında onları düşürtüb. Bundan sonra həmin yerdən öz avtomobili ilə keçən Nazim Sevinc Hüseynovanı azyaşlı oğlu Ümüdlə görüb maşını saxlayıb, o biri taksidən düşmələrini səbəbini soruşduqda qadın pulu olmadığını bildirib. Yazığı gəldiyi üçün onları avtomaşına əyləşdirib və "Sovxoz" adlanan yaşayış sahəsində yerləşən evlərinə aparıb. Saat 23:45-də Nazimə zəng vuran Elşən Sevinci "Atçılıq" yaşayış massıvınə qaytarmasını tələb edib, lakın Mirzalızadə qadını uşaqla evlərinə çatdırıb və sonra "Məkan" adlı avtoservisin yanına gəlib. Orada Elşən Orucov və Samir Hüseynovla qadını tələb olunan yerə gətirmədiyinə görə aralarında mübahisə yaranıb, Orucov sifət nahiyyəsindən yumruqla vuraraq onunla əlbəyaxa olub. Nazim Elşəni itələyərə telefonundan DİN-in 102 xidmətinə zəhg edib döyülməsi barədə məlumat verdiyindan dava daha da kəskinləşib. Qardaşlar Nazimin ünvanına söyüşlər söydükləri üçün, sonuncu üzərində olan küpü yastı tiyəli bıçaqla əlbəyaxa olduğu Elşənin ürək nahiyyəsinə xəsarət yetirib. Daha sonra onları aralaşdırmağa cəhd edən Samirin qarın nahiyyəsinə zərbə endirib.Yaralılar "VAZ 2107" markalı avtomaşınla xəstəxanağa gedərkən Elşən kəskin qan itirmədən keçinib, Samirə isə tibbi yardım göstərildiyindən həyatını xılas etmək mümkün olub. Bundan sonra öz avtomobili ilə Hövsan qəsəbəsində yaşayan bibisi oğlu İdayət Hüseynovun evinə gedib, hadisəni ona danışıb və birlikdə Xəzər RPİ-nə gələrək təslim olub.

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Nazim Mirzalızadə ittiham üzrə özünü qismən təqsirli hesab edərək, Elşənlə Samiri qəsdən öldürmək məqsədi olmadığını, həmin vaxt özünü müdafiə etdiyini qeyd edib.

Zərərçəkən Samir Hüseynov dava vaxtı Nazimə zərbə vurmadığını, sadəcə onları aralamaq istədiyini bildirib.

Mərhum Elşən Orucovun yaxın qohum kimi hüquqi varisi qismində tanınmış anası Tamaşa Orucova Tamaşa ifadəsində göstərib ki, Elşən Orucov və Samir Hüseyinov onun oğullarıdır, Samir öz babasının adını özünə soyad seçdiyi üçün soyadları fərqlidir. Ayın 18-nə keçən gecə Samir və Elşən evə gəlmədikləri üçün narahat olduqları üçün əri Elşənin telefonuna zəng edib. Telefona cavab verən Elşən xırıltılı səslə “Sabunçu xəstəxanası” sözlərini deyib. Bu səbəbdən onlar da dərhal xəstəxanaya yollanıblar və ora çatanda biliblər ki, Elşənlə Samiri bıçaqla Nazim Mirzalızadə vurub.

Şahid Sevinc Hüseynova ifadəsində, martın 17-də Elşən Orucovla tanış olduğunu, öz adını bildirmək istəmədiyi üçün özünü Günəş adı ilə təqdim etdiyini göstərib. O, həmin gün axşam saatlarında 4 yaşlı oğlu ilə birlikdə Elşənlə "Atçılıq" yaşayış sahəsi ərazisində yerləşən kafedə olub. Bir az sonra Elşənin qardaşı Samir də Almaz adlı tanışı ilə birlikdə onların yanına gəliblər və bir qədər kafedə oturandan sonra birlikdə Binə qəsəbəsi ərazisində yerləşən «Karaoke» kafeyə yollanıblar. Həmin kafedə də bir müddət oturandan sonra evinə getmək istədiyini deyib və Elşəndən onu evə aparmağı xahiş edib. Elşən avtomobili idarə edərkən onunla intim əlaqəyə girməyi dəfələrlə təklif etsədə, Hüseynova imtina edib. Bir neçə dəfə avtomobili saxlamağı tələb edib, nəhayət Elşən "Atçılıq" yaşayış sahəsi ərazisində taksilər dayanan yerdə avtomobili saxlayıb və o düşərək «VAZ-21011» markalı taksi avtomobilinə əyləşib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nazim Mirzalızadə 14 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.

Hökmdən təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək cəzasının yüngülləşdirilməsini istəyib.

Bakı Apellyasiya Məhkəməsi N.Mirzalizadənin şikayətini təmin etməyib və birinci instansiya məhkəməsinin hökmünü qüvvəsində saxlayıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ