RU
Qadını izlədi, pul qabısını götürüb qaçarkən
16:11
577

Qadını izlədi, pul qabısını götürüb qaçarkən

Bakıda soyğunçuluqla məşğul olan şəxs saxlanılıb. Hadisə Nərimanov rayonu ərazisində baş verib.

Şahidlərin verdiyi məlumata görə, sentyabrın 22-də saat 11 radələrində naməlum şəxs Bakı sakini 1982-ci il təvəllüdlü Lena Əsgərovanı bir neçə saat izləyib. Onun bankomatdan pul çıxarıb marketə girdiyini görən şəxs L.Əsgərova ilə birlikdə ora daxil olub. Qadın kassada pulu ödəyən zaman onu izləyən şəxs qadının içərisində pul qabısını götürüb qaçıb.

Bu zaman ərazidə olan Nərimanov RPİ 16-cı Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. 
L.Əsgərovanın içərisində 253 manat olan pul qabısını soyğunçuluq yolu ilə ələ keçirməyə çalışan şəxsin Bakı sakini, əvvəllər məhkum olunan 1984-cü il təvəllüdlü Ramiz Məhərrəmov olduğu müəyyən edilib. 
R.Məhərrəmov sentyabrın 17-də də oxşar cinayət tötərdiyi bəlli olub.F.X.Xoyski küçəsində Bakı sakini 1984-cü il təvəllüdlü Furizə Süleymanzadənin əlindən 2 manat pul, bankomat və metro kartı olan çatasını alıb qaçıb. / “Qafqazinfo”

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ